Dogru.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
İyulun 4-də qadın təşəbbüslərinin inkişafını hədəfləyən Adalia Beynəlxalq Qadın Platformasının üzvləri yerli logistika şirkətlərindən birinə səfər ediblər.
Doğru.az xəbər verir ki, görüş zamanı qadınların biznes mühitində rolu, əməkdaşlıq imkanları və qarşılıqlı dəstək mexanizmləri müzakirə olunub. İştirakçılar öz fəaliyyət sahələrini təqdim edib, fikir və təcrübə mübadiləsi aparıblar.
Səmimi atmosferdə keçən görüşdə qadınların logistika sahəsində daha fəal iştirakı, eləcə də gələcək layihələrdə birgə fəaliyyət imkanları diqqət mərkəzində olub.
Platformanın rəhbəri Dilşad Əhədova bildirib ki, belə təşəbbüslər qadınların bir-birindən öyrənməsi, yeni əlaqələr qurması və beynəlxalq əməkdaşlıqlara çıxışı baxımından önəmlidir.
Səfər çərçivəsində şirkətin iş prosesi ilə yaxından tanışlıq da olub. Qadın əməkdaşlara yaradılan şərait və dəstək mexanizmləri təqdim edilib.
Bu ziyarət “Qadınlar üçün açıq qapılar” təşəbbüsünün davamı olaraq həyata keçirilib və qadın sahibkarların daha geniş platformalarda təmsil olunmasına xidmət edir.
DOĞRU.AZ
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.