“İran beynəlxalq müfəttişlərin nüvə obyektlərinə girişini əngəlləyir və beynəlxalq təzyiqlərə baxmayaraq uranı zənginləşdirməyə davam edir”.
Oxu.Az “Reuters”ə istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Nyu-Cersiyə gedərkən jurnalistlərin suallarını cavablandıranda deyib.
“Düşünürəm ki, onların nüvə proqramı ciddi zərər görüb, hətta geridönməz vəziyyətdədir. Amma onlar başqa məkanda yenidən nüvənin zənginləşdirilməsinə başlaya bilərlər. Biz bunu başa düşürük”, – deyə D.Tramp vurğulayıb.
Amerika liderinin sözlərinə görə, konkret razılaşmaların olmamasına baxmayaraq, ABŞ-nin sanksiyalar siyasəti Tehranın nüvə ambisiyalarını əhəmiyyətli dərəcədə məhdudlaşdıraraq, nəzərəçarpacaq nəticələr verib.