AZ

İzmirdə yanğın qurbanlarının sayı 3-ə çatıb

BAKI, TurkicWorld

İzmirin Ödəmiş rayonunda yanğında həyatını itirənlərin sayı 3-ə çatıb.

TurkicWorld xəbər verir ki, İzmirin Ödəmiş rayonunda baş verən meşə yanğını faciə ilə nəticələnib.

Yanğın zamanı ağır xəsarət alan meşə işçisi Raqıp Şahin bu gün həyatını itirib. Bununla da bölgədə həyatını itirənlərin sayı 3-ə yüksəlib.

Çərşənbə günü saat 21:00 radələrində başlayan yanğın Tosunlar, Sucıktı, Yeniköy, Karadoğan, Işık, Köseler və Üzümlü məhəllələrini əhatə edib və bir çox yaşayış məntəqəsi təxliyə olunub. Alovlar evlərə və üzüm bağlarına ciddi ziyan vurub.

Hadisə zamanı 81 yaşlı yataq xəstəsi İbrahim Erkan evdən çıxmağa çalışarkən həyatını itirib. Eyni zamanda, meşə işçisi İbrahim Dəmirin də həyatına yanğın son qoyub. Bu gün isə Beydağ Meşə İdarəsində çalışan və yanğın zamanı yaralanaraq xəstəxanada müalicə olunan Raqıp Şahinin vəfat xəbəri gəlib.

Qeyd edək ki, Kənd Təsərrüfatı və Meşə Təsərrüfatı naziri İbrahim Yumaklı bölgədə yanğının nəzarət altına alındığını və soyutma işlərinin davam etdiyini bildirib.

Seçilən
9
11
turkic.world

10Mənbələr