AZ

Türkiyədə Antalya bələdiyyə sədri və ailəsi istintaqa cəlb olunub

BAKI, TurkicWorld

Antalya Böyükşəhər Bələdiyyə Başçısı korrupsiya əməliyyatı çərçivəsində nəzarətə alınıb

TurkicWorld xəbər verir ki, Antalya Böyükşəhər Bələdiyyəsinin sədri Muhittin Böcek Türkiyədə aparılan genişmiqyaslı korrupsiya və rüşvət əməliyyatları çərçivəsində bu gün səhər saatlarında saxlanılıb. Antalya Respublika Baş Prokurorluğu tərəfindən başlanan istintaq çərçivəsində Böcek və ailə üzvlərinə qarşı hüquqi proses başladılıb.

İstintaq sənədlərinə əsasən, Böcek ilə birlikdə oğlu Mustafa Gökhan Böcek və keçmiş gəlini Zeynep Kərimoğlu da şübhəli qismində araşdırılır. Mustafa Gökhan Böcekin xaricdə olduğu bildirilir. Digər iki şəxs – Böcek və Kərimoğlu – Konyaaltıdakı evlərində saxlanılaraq İl Təhlükəsizlik Müdirliyinə aparılıb.

Sözügedən ailə üzvləri 2022-ci ildə CHP lideri Kamal Kılıçdaroğlunun iştirak etdiyi nikah mərasimi ilə evlənmiş, daha sonra boşanmışdılar.

CHP sədr müavini Burhanəddin Bulut məsələ ilə bağlı açıqlama verərək, bunun “siyasi qisas” olduğunu bildirib: “Xalqın iradəsinə zərbə vuran bu çirkin sistem qarşısında heç vaxt boyun əyməyəcəyik”, – deyə o bildirib.

Qeyd edək ki, bu əməliyyatlar təkcə Antalya ilə məhdudlaşmayıb. Adana və Adıyaman Böyükşəhər bələdiyyələrinin rəhbərləri Zeydan Karalar və Abdurrahman Tutdere də saxlanılıb. Eyni əməliyyatlar çərçivəsində İstanbul, Manavgat və digər bölgələrdə 50-dən çox şəxsə qarşı hüquqi addımlar atılıb.

CHP lideri Özgür Özelin bu gün partiyanın rəhbər heyəti ilə fövqəladə toplantı keçirəcəyi açıqlanıb. Özel həmçinin bildirib ki, cinayətə qarışdığı sübut edilən hər kəsə qarşı ən sərt tədbirlər görüləcək.

Seçilən
3
25
turkic.world

10Mənbələr