AZ

"Sabah"ın legioneri: "Məqsədimiz Avropa Liqasında əsas mərhələyə keçməkdir"

"Məqsədimiz Avropa Liqasında əsas mərhələyə keçməkdir".

İdman.biz xəbər verir ki, bunu "Sabah"ın legioneri Andrey Santos Braziliyanın "Lance" portalına açıqlamasında deyib.

Braziliyalı müdafiəçi öz üzərində daima çalışdığını vurğulayıb: "Buraya gəldiyim gündən çox çalışmışam. Yavaş-yavaş klubda yerimi qazanıram. Amma tam fədakarlıq və təvazökarlıqla işləməyə davam edəcəyəm".

O, "Sabah"dakı hədəflərindən də danışıb: "Keyfiyyətli komandamız var. Mövsümöncəsi yoxlama oyunlarında çox yaxşı çıxış etdik. Məqsədimiz Avropa Liqasında əsas mərhələyə keçməkdir".

Qeyd edək ki, ötən mövsüm Bakı klubunun əvəzedicilərində çıxış edən 20 yaşlı futbolçu artıq əsas heyətə daxil edilib. Santos klubun Avstriyadakı təlim-məşq toplanışında da iştirak edib.

İdman.biz

Seçilən
20
4
idman.biz

10Mənbələr