AZ

Moskvadakı davaya görə üzr istədi

Rusiyalı futbolçu Fyodor Smolov restoranda baş verən dava səbəbilə ziyarətçilərdən üzr istəyib.

Publika.az xəbər verir ki, bu barədə "Sport Baza" "Telegram" kanalı məlumat yayıb.

Hadisənin ehtimal olunan səbəbinə görə, qonşu masada əyləşən iki şəxs futbolçunu ucadan müzakirə edib. Smolov bu vəziyyəti aydınlaşdırmaq üçün onların yanına gedib və nəticədə qarşılıqlı dava baş verib. Futbolçu mübahisə etdiyi şəxslərə yumruq atıb. Zərərçəkənlər sonradan polisə ərizə ilə müraciət ediblər.

Qeyd edək ki, hadisə 2018-ci ildə futbolçular Aleksandr Kokorin və Pavel Mamaevin də dava saldığı həmin restoranda baş verib. Həmin vaxt idmançılar xuliqanlıq və döyülmə maddələri ilə ittiham olunmuş, 2019-cu ildə Kokorin 1,5 il, Mamaev isə 1 il 5 ay ümumi rejimli koloniyada cəza almışdı. Sentyabr 2019-cu ildə məhkəmə onların şərti azadlığa buraxılmasına qərar verərək hər iki futbolçunu azad etmişdi.

Heybət

Seçilən
0
50
publika.az

10Mənbələr