
Honq Konqda amerikalı aktyor və döyüş ustası Brüs Liyə həsr olunmuş fan muzeyi bağlanıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə rəsmi Brüs Li fan klubu özünün “Facebook” səhifəsində məlumat verib.
Məlumata görə, muzeyin kolleksiyasında 2 min eksponat - heykəllər, jurnallar və nadir kadrlar var.
“Xərclər bizi Brüs Linin xatirəsini yaşatmaq üçün resurslarımızdan ən yaxşı şəkildə necə istifadə edəcəyimizi düşünməyə məcbur etdi”, - muzey rəsmiləri bildirib.
Muzeyin yenidən açılıb-açılmayacağı məlum deyil.
Qeyd edək ki, rəsmi fan klubunu Brüs Linin ailəsi təsis edib.