AZ

Aşura Günü bu deputatlar QAN VERDİ

Bu gün Azərbaycanda Aşura Günü qeyd olunur. Məhərrəm ayının 10-cu günü olan bu gündə minlərlə insan məscidlərə üz tutaraq müxtəlif dini ayinlər icra edir. Son illərdə isə Aşura Günü ilə bağlı humanitar təşəbbüslər, xüsusilə qanvermə aksiyaları geniş vüsət alır.

 

Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Qafqaz Müsəlmanları İdarəsi, Səhiyyə Nazirliyi, QHT-lərə Dövlət Dəstəyi Agentliyi, Gənclər Fondu, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB), Respublika Qan Bankı, Azərbaycan İlahiyyat İnstitutu, Mənəvi Dəyərlərin Təbliği Fondu, Bakı İlahiyyat Kolleci, Milli QHT Forumu, Azərbaycan Qızıl Aypara Cəmiyyəti və Azərbaycan Könüllü Təşkilatları İttifaqının birgə təşkilatçılığı ilə ölkənin müxtəlif bölgələrində qanvermə aksiyaları keçirilib. Aksiyada bir çox tanınmış şəxslər, o cümlədən deputatlar da iştirak ediblər.

 

Modern.az qanvermə aksiyasında iştirak edən rəsmiləri və deputatları araşdırıb:

 

Qafqaz Müsəlmanları İdarəsinin binasında təşkil olunan aksiyada Şeyxülislam Allahşükür Paşazadə ilə yanaşı, müxtəlif dini icmaların nümayəndələri və deputatlar qan veriblər. İdarədə qan verən deputatlar bunlardır:

 

  • Ceyhun Məmmədov

  • Fazil Mustafa

  • Hikmət Babaoğlu

  • Fariz İsmayılzadə

 

Bundan başqa, Azərbaycan İlahiyyat İnstitutunda keçirilən qanvermə aksiyasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov və deputat Bəhruz Məhərrəmov iştirak edərək qan veriblər.

 

Qeyd edək ki, builki aksiyalar ölkənin 30 şəhər və rayonu üzrə ümumilikdə 38 məntəqədə təşkil edilib. Qanvermə məntəqələrinə 22 məscid və ziyarətgahla yanaşı, 15 tibb müəssisəsi də daxildir.

 

Seçilən
3
3
modern.az

10Mənbələr