AZ

Aşura günü ÜÇ MİNƏ YAXIN şəxs könüllü qan verib

Azərbaycanda Aşura günü ilə bağlı könüllü qanvermə aksiyası yekunlaşıb.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, səhər saatlarından etibarən paytaxt və bölgələrdə yerləşən qanvermə məntəqələrində vətəndaşlar aksiyada fəal iştirak ediblər.

Aşura günü ümumilikdə 2 696 nəfər könüllü qan verib. Bu şəxslərdən ümumilikdə 1 213.2 litr qan tədarük olunub.

Qeyd edək ki, builki aksiyalar ölkənin 30 şəhər və rayonu üzrə ümumilikdə 38 məntəqədə təşkil edilib. Qanvermə məntəqələrinə 23 məscid və ziyarətgahla yanaşı, 15 tibb müəssisəsi də daxil idi.

***12:31

Azərbaycanda Aşura günü münasibətilə könüllü qanvermə aksiyası davam edir.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, saat 12:00-a olan məlumata əsasən, ümumilikdə 1 424 nəfər könüllü qan verib. Bu şəxslərdən ümumilikdə 640.8 litr qan tədarük olunub.

***11:31

Azərbaycanda Aşura günü münasibətilə könüllü qanvermə aksiyası davam edir. Aksiya Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Qafqaz Müsəlmanları İdarəsinin birgə təşkilatçılığı ilə qana ehtiyacı olan xəstələrə yardım məqsədilə həyata keçirilir.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu gün səhər saatlarından etibarən paytaxt və bölgələrdə yerləşən qanvermə məntəqələrində vətəndaşlar aksiyada fəal iştirak edirlər.

Saat 10:00-a olan məlumata əsasən, ümumilikdə 362 nəfər könüllü qan verib. Bu şəxslərdən ümumilikdə 162.9 litr qan tədarük olunub.

Builki aksiyalar ölkənin 30 şəhər və rayonu üzrə ümumilikdə 38 məntəqədə təşkil edilib. Qanvermə məntəqələrinə 23 məscid və ziyarətgahla yanaşı, 15 tibb müəssisəsi də daxildir.

Qanvermə aksiyaları səhər saat 8:00-dan etibarən başlayıb və gün ərzində davam edir.

***09:47

Azərbaycan İlahiyyat İnstitutunda Aşura günü ilə əlaqədar qanvermə aksiyası keçirilir.

BAKU.WS report-a istinadən xəbər verir ki, aksiya Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Qafqaz Müsəlmanları İdarəsinin birgə təşkilatçılığı ilə baş tutur.

Qanvermə aksiyasında Dövlət Komitəsinin sədri Ramin Məmmədov və komitənin səlahiyyətli şəxaləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak edir.

Qeyd edək ki, bu gün ölkə üzrə qanvermə aksiyası keçirilir.

Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi, Gənclər Fondu, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi, Respublika Qan Bankı, Azərbaycan İlahiyyat İnstitutu, Mənəvi Dəyərlərin Təbliği Fondu, Bakı İlahiyyat Kolleci, Milli QHT Forumu, Azərbaycan Qızıl Aypara Cəmiyyəti və Azərbaycan Könüllü Təşkilatları İttifaqının iştirakı ilə Aşura günündə keçirilən aksiyaya könüllü şəxslər və ictimaiyyət nümayəndələri qatılırlar.

Aksiya zamanı toplanan qan hemofiliya və talassemiya, həmçinin digər xəstəliklərdən əziyyət çəkən insanların müalicəsində istifadə olunacaq.

Xatırladaq ki, bu il aksiyalar Şuşa, Ağdam şəhərləri, Naxçıvan Muxtar Respublikası daxil olmaqla müxtəlif şəhər və rayonlarında təşkil edilir.

Seçilən
3
3
far.az

10Mənbələr