Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Şirvan şəhəri, Biləsuvar, Neftçala, Naftalan, Hacıqabul rayon sakinlərinin müraciətlərini dinləmək üçün Şirvan şəhərinə səfər edib.
APA xəbər verir ki, qəbuldan öncə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri qoyularaq xatirəsi hörmət və ehtiramla anılıb.
Görüş zamanı vətəndaşların tikintiyə icazə və torpaq münasibətləri ilə bağlı sualları cavablandırılıb, şəhərsalma və tikinti prosedurlarının sadələşdirilməsi və Komitə tərəfindən yaradılan Elektron İcazə sisteminin üstünlükləri barədə vətəndaşlara ətraflı məlumat verilib.

