AZ

Hər şey tam əksinə oldu, səfər tam təhlükəsiz şəraitdə keçdi - Pezeşkian

Hər şey tam əksinə oldu, səfər tam təhlükəsiz şəraitdə keçdi - Pezeşkian

İran prezidenti Məsud Pezeşkian Xankəndi səfərini dəyərləndirib.

AFN.az xəbər verir ki, Pezeşkian Xankəndidə keçirilmiş İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci sammitindən qayıtdıqdan sonra səfərlə bağlı ölkəsində maraq doğuran fikirlər səsləndirib.

Pezeşkian səfərdən əvvəl ölkə daxilində bəzi çevrələrin ehtiyatlı yanaşdığını bildirib. Onun sözlərinə görə, səfər ərəfəsində bəzi şəxslər Xankəndiyə gedilməsinin riskli ola biləcəyini, müəyyən təhlükələrin yarana biləcəyini iddia edirdilər.

“Bəziləri bildirirdi ki, bu səfər risklidir və yolda xoşagəlməz hadisələr baş verə bilər. Ancaq hər şey tam əksinə oldu – səfər tam təhlükəsiz şəraitdə keçdi və heç bir problem yaşanmadı”, – deyə İran Prezidenti qeyd edib.

Pezeşkian həmçinin Xankəndidə Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla baş tutan ikitərəfli görüşlərə də toxunub. O, bu danışıqları “konstruktiv, dostcasına və müsbət atmosferdə” keçən təmaslar kimi dəyərləndirib.

Seçilən
3
50
afn.az

10Mənbələr