AZ

Xankəndidən Dünyaya Mesaj: Prezident İlham Əliyev ECO Zirvəsində Qarabağın Yeni Reallıqlarını Anlatdı



2025-ci il iyulun 4-də Xankəndi şəhəri İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşünə ev sahibliyi etdi. Prezident İlham Əliyev tədbirin açılışında çıxış edərək bu zirvənin Qarabağda keçirilməsinin xüsusi rəmzi və siyasi anlam daşıdığını bildirdi. Prezident çıxışında qeyd etdi ki, Azərbaycan artıq üçüncü dəfə ECO Zirvə görüşinə ev sahibliyi edir. Bu dəfə tədbirin Qarabağda – erməni işğalından azad edilmiş Xankəndidə baş tutması Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsinin və suverenliyinin tanınmasının parlaq nümunəsidir.
Dövlət başçısı Ermənistanın 30 ilə yaxın Azərbaycan ərazilərini işğal altında saxladığını, bu dövrdə mədəni, dini abidələrin, məscidlərin dağıdıldığını və bir milyondan çox insanın doğma yurdlarından didərgin salındığını xatırladıb. 2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində torpaqların azad edildiyi və Ermənistanın kapitulyasiya aktını imzalamağa məcbur olduğu vurğulandı.
Prezident həmçinin azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işlərindən, “Böyük Qayıdış” proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin artıq 16 şəhər və kəndə qayıtdığından bəhs etdi.
Minalanmış ərazilərin təhlükəsi və bu sahədə qarşıda duran vəzifələr də çıxışda önəmli yer tutdu. Prezident bildirdi ki, müharibədən sonra 400-ə yaxın vətəndaş mina partlayışı nəticəsində həlak olub və ya yaralanıb.
Qərbi azərbaycanlıların hüquqları ilə bağlı mövqeyini də səsləndirən Prezident, onların Ermənistandakı doğma torpaqlarına sülh yolu ilə qayıdış hüququnun təmin olunmasının beynəlxalq səviyyədə dəstəkləndiyini qeyd etdi.
İqtisadi sahədə Prezident Azərbaycanın investisiya üçün cəlbedici ölkə olduğunu, son 20 ildə 350 milyard dollarlıq sərmayə yatırıldığını və Azərbaycanın 12 ölkəyə təbii qaz ixrac etdiyini vurğuladı.
Azərbaycanın təşəbbüsü ilə bu il ilk dəfə “ECO Həftəsi” təşkil olunub, Şuşa, Ağdam və Laçında müvafiq forumlar keçirilib. ECO-nun Azərbaycanda yaradılacaq Tədqiqat və Təmiz Enerji Mərkəzləri üzrə işlər davam etdirilir.
Prezident, 2026-cı ildə Şuşanın “ECO-nun Turizm Paytaxtı” elan olunmasına görə təşəkkürünü ifadə edərək, təşkilat çərçivəsində əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğuladı.

Mayılzadə Fatimə Nizami qızı
Azərbaycan Dillər Universitetinin magistrantı



Seçilən
2
50
aia.az

10Mənbələr