"Fənərbağça"nın keçmiş futbolçusu Allan Saint-Maximin verdiyi açıqlamalarla futbol ictimaiyyətində geniş rezonans doğurub.
Milli.Az xəbər verir ki, fransalı oyunçu "sarı-lacivərtlilər"də oynadığı dövr barədə Fransa mətbuatına danışarkən, komandanın çempion ola bilməməsinin səbəblərindən biri kimi "klubdakı xaotik mühiti" və "xarici təzyiqləri" göstərib.
Ən çox diqqət çəkən məqam isə Saint-Maximinin dopinqə məruz qaldığını iddia etməsi olub:
"Klubda elə vəziyyət yaranmışdı ki, hətta məni dopinq qəbul etdirməyə çalışdılar".
Bu ifadə ictimaiyyətdə böyük narahatlıq doğurduqdan sonra futbolçu sosial şəbəkədə məsələyə aydınlıq gətirib.
"Dediklərim səhv başa düşüldü. Xəstələndiyim vaxt mənə dopinq sayılacaq səviyyədə müalicə kursu keçirdilər. Həkimlərin bunu niyə etdiyini isə bilmirəm" .
Qeyd edək ki, ulduz futbolçu keçmiş mövsümdə "Fənərbağça"nın heyətində sabit çıxış edə bilməmiş və zaman-zaman əsas heyətdən kənarda qalmışdı.
Fidan
Milli.Az
Məqaləyə dair fotomateriallar:
.jpg)