AZ

Nəsimidə YER QALMADI, xeyir-duaNI KİM VERDİ? - “Əcəmi Mall”da DAYANDIRILAN qanunsuz tikinti YENİDƏN BAŞLADI /Fotofakt

Nəsimidə YER QALMADI,  xeyir-duaNI KİM VERDİ? - “Əcəmi Mall”da DAYANDIRILAN qanunsuz tikinti YENİDƏN BAŞLADI /Fotofakt

Verilən məlumata görə, Nəsimi rayonunda İH-nin xeyir-duası ilə daha bir qanunsuz tikinti işlərinin aparılası faktı aşkar edilib.
Azia.az-a Nəsimi rayon Hüseynbala Əliyev küçəsi 80 ünvanında “Əcəmi Mall” da qanunsuz artırma və tikinti işləri barəödə məlumat daxil olub.
Xatırladaq ki, hələ 2024-cü ildə FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfində bu qanunsuz  tikinti dayandırılmışdır. İddiaya görə bir müddət ötəndən sonra RİH memarlıq şöbəsi müdirindən və müavindən "hə"  alan  “işbaz”  yenidən qanunsuz tikintini həyata keçirməyə başlayıb. 
Redaksiya tərfindən aparılan araşdırma nəticəsində məlum olub ki, tikinti işləri ilə bağlı rəsmi portalda qeydiyyat yoxdur. Elə bu da işlərin qanunsuz aparılmasını təsdir edir.
Hətta Bakı şəhər icra hakimiyyətinin də mütləq mənada tikinti ilə bağlı icazəsi olmalıdır. Şəhərsalma, əmlak, tikintiyə nəzarət, FHN-də daxil olmaqla bir neçə qurumun rəsmi icazəsi olmasa tikinti aparmaq mümkün deyil.  Bəs onda tikinti necə aparılr?
Lakin bu qurumların susqunluğu şübhələnməyə əsas verir. Biz redaksiya olaraq yazıda göstərilən faktları tədbir görülməsi üçün  FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə, Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə, Əmlak Məsələləri Dövlət Xidmətinə ünvanlayırıq. 

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.






Seçilən
3
50
azia.az

10Mənbələr