AZ

Azərbaycandakı qadın hakimlərin sayı açıqlandı

ain.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycanda hazırda 179 qadın hakim fəaliyyət göstərir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Məhkəmə-Hüquq Şurasından məlumat verilib.

Bildirilib ki, son 10 ildə 130 qadın hakim təyin olunub.

Qadın hakimlərdən 113 nəfəri 30-40 yaş, 48 nəfəri 40-50 yaş, 11 nəfəri 50-60 yaş aralığındadır, 7 nəfərin yaş aralığı isə 60 və daha yuxarıdır.

Bundan əlavə, qadın hakimlərdən 5-i kassasiya, 23-ü apellyasiya, 151-i birinci instansiya məhkəməsi üzrə işini davam etdirir.

Qadın hakimlərin fəaliyyət göstərdikləri iqtisadi rayonlar üzrə bölgüsü isə aşağıdakı kimidir:

İqtisadi rayonlar

Qadın

hakimlərin sayı

 

Bakı iqtisadi rayonu (Bakı şəhəri)

97

 

Naxçıvan iqtisadi rayonu (Naxçıvan şəhəri, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonları)

5

 

Abşeron–Xızı iqtisadi rayonu (Sumqayıt şəhəri, Abşeron və Xızı rayonları)

19

 

Dağlıq Şirvan iqtisadi rayonu (Ağsu, İsmayıllı, Qobustan və Şamaxı rayonları)

1

 

Gəncə–Daşkəsən iqtisadi rayonu (Gəncə və Naftalan şəhərləri, Daşkəsən, Goranboy, Göygöl və Samux rayonları)

10

 

Qarabağ iqtisadi rayonu (Xankəndi şəhəri, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər rayonları);

3

 

Qazax–Tovuz iqtisadi rayonu (Ağstafa, Gədəbəy, Qazax, Şəmkir və Tovuz rayonları)

5

 

Quba–Xaçmaz iqtisadi rayonu (Xaçmaz, Quba, Qusar, Siyəzən və Şabran rayonları)

7

 

Lənkəran–Astara iqtisadi rayonu (Astara, Cəlilabad, Lerik, Lənkəran, Masallı və Yardımlı rayonları);

5

 

Mərkəzi Aran iqtisadi rayonu (Mingəçevir şəhəri, Ağdaş, Göyçay, Kürdəmir, Ucar, Yevlax və Zərdab rayonları)

6

 

Mil–Muğan iqtisadi rayonu (Beyləqan, İmişli, Saatlı və Sabirabad rayonları)

3

 

Şəki–Zaqatala iqtisadi rayonu (Balakən, Qax, Qəbələ, Oğuz, Şəki və Zaqatala rayonları)

7

 

Şərqi Zəngəzur iqtisadi rayonu (Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayonları)

1

 

Şirvan–Salyan iqtisadi rayonu (Şirvan şəhəri, Biləsuvar, Hacıqabul, Neftçala və Salyan rayonları).

10

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
4
4
bakivaxti.az

10Mənbələr