Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə Bakı şəhərində liftdə qalma ilə bağlı daxil olan müraciətlər əsasında Nazirliyin müvafiq xilasetmə qüvvələri tərəfindən 3 xilasetmə əməliyyatı keçirilib.
Bu barədə Bakues.az-a qurumun Mətbuat xidmətindən bildirilib.
Həyata keçirilən xilasetmə tədbiri nəticəsində 3-ü uşaq olmaqla 8 nəfərə müvafiq köməklik göstərilib.