AZ

Ararat Mirzoyan gəlirlərini vergidən gizlədib

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan vergi bəyannaməsində açıqlamadığı mənbələrdən əldə etdiyi pullarla ev alıb.

Oxu.Az bu barədə “Joğovurd” nəşri məlumat yayıb.

Bildirilib ki, nazir ötən il iki daşınmaz əmlak vahidi – mənzil və malikanə barədə vergi hesabatı verib.

Məlumata görə, onun həyat yoldaşı 2022-ci ildə Ermənistanın Kotayk vilayətinin Nairi icmasında 112 milyon dram (280 min dollar) dəyərində malikanə alıb.

A.Mirzoyan, həmçinin bank hesablarında təxminən 30 min dollar, eləcə də nağd şəkildə 2.8 milyon dram (7 min dollar) bəyan edib. Nazirin ötənilki gəlirləri 24.7 milyon dram (62 min dollar) təşkil edib.

“Əgər 2021-ci ildə onun 34 milyon dram (85 min dollar) dəyərində mənzil satdığını nəzərə alsaq, 112 milyon dramın (280 min dollar) bir hissəsinin mənşəyi hələ də naməlumdur”, – məlumatda bildirilib.

Qeyd edək ki, A.Mirzoyan 2021-ci ildən Ermənistanın xarici işlər naziri vəzifəsini tutur.

Seçilən
0
50
editor.az

10Mənbələr