"İnter"in müdafiəçisi Denzel Dumfries karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Sportal.az xəbər verir ki, "Mançester Siti" niderlandlı futbolçunu transfer etmək istəyir. Bu barədə "El Nacional" məlumat yayıb. Premyer Liqa nəhəngi 29 yaşlı sağ cinah müdafiəçisi üçün onun müqaviləsində nəzərdə tutulan 25 milyon avroluq sərbəstqalma məbləğini ödəməyə hazırdır.
Qeyd edək ki, "İnter" Denzel Dumfrisi 2021-ci ilin yayında PSV-dən transfer edib. Niderland millisinin üzvü Milan təmsilçisinin heyətində meydana çıxdığı 179 rəsmi matçda 22 qol və 26 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi