AZ

Taleh Qaraşov Aşura günü şəhidlərimizin məzarlarını ziyarət etdi FOTOLAR

ain.az bildirir, Unikal.az saytına əsaslanaraq.

Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov Aşura günündə rayonun hüquq mühafizə orqanlarının rəhbərləri və şəhid ailələrinin üzvləri ilə birgə Lənkərandan olan Milli Qəhrəmanların abidəsini və şəhidlərimizin Şəhidlər Xiyabanı, Kiçik Bazar və Şilavar qəbiristanlığındakı məzarlarını ziyarət edib. Abidə və şəhid məzarları önünə tər güllər düzüblər, hörmət və ehtiramla anıblar. 

"Unikal" xəbər verir ki, Lənkəran ŞİH başçısı Taleh Qaraşov Milli Qəhrəman və şəhid ailələri ilə yaxından söhbət edib, onların qayğı və istəkləri ilə maraqlanıb. 

Qeyd edək ki, rayonun bütün inzibati ərazi dairələrindəki şəhidlərin məzarları Lənkəran ŞİH başçısı aparatının məsul şəxslərinin iştirakı ilə ziyarət olunub, şəhidlərimizə hörmət və ehtiram, onların ailə üzvlərinə diqqət və qayğı göstərilib.

Aşura günü ilə bağlı iyulun 4-5-də Mərkəzi Qan Bankının Lənkəran bölməsində qanvermə aksiyası təşkil olunub, donorlardan götürülən qanlar yoxlanıldıqdan sonra talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkənlərin müalicəsində istifadə olunacaq.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
0
6
unikal.az

10Mənbələr