AZ

Azərbaycan Suriyaya qaz tədarükünə hazırlaşır

Azərbaycan Suriyaya təbii qaz tədarükündə yardım etməyə hazırdır.

Heftelik.az-ın məlumatına bunu  Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərindən sonra jurnalistlərə müsahibəsində bildirib.

Rəcəb Tayyib Ərdoğan  qyd edib ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev ona məlumat verib: “Qardaşım İlham Əliyevlə keçirdiyim görüşdə, o da Suriyaya təbii qazla bağlı “hər cür dəstəyi verməyə hazıram” dedi. İlham Əliyevin belə bir yanaşma ortaya qoyması çox vacibdir. Çünki Suriyanın hazırda ən mühüm problemi təbii qazdır. Təbii qaz olacaq ki, enerji olsun. Enerji ilə bağlı problem var. Biz də müəyyən nöqtəyə qədər Suriyaya enerji məsələsində kömək etməyə çalışırıq. Amma bu gün Prezident İlham Əliyevdən bu xoş xəbəri alanda, həqiqətən, özümü çox rahat  hiss etdim. Mən qayıdan kimi o şad xəbəri energetika nazirimə verəcəm. O da bu barədə Suriya Prezidenti Əhməd Şaraya  məlumat verəcək. Artıq Suriyaya qarşı  sanksiyaların aradan qaldırılması üçün addımlar atılıb. Biz dəstəyimizi gücləndirməklə davam etdirmək niyyətindəyik”.

Seçilən
0
50
heftelik.az

10Mənbələr