“Mançester Siti”dən ayrılan Kayl Uolkerin yeni ünvanı məlum olub.
Futbolpress.az xəbər verir ki, cinah müdafiəçisi “Bernli”yə keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 35 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb.
Kayl yeni klubuna azad agent kimi keçib.