Nərimanov rayonu ərazisində yerləşən evlərin birindən içərisində 500 manat olan pulqabı və 500 manat dəyərində qızıl-zinət əşyası, bir bərbərxanadan isə 1500 manat dəyərində ləvazimatlar oğurlanıb.
Sitat.info xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməllərini törətməkdə şübhəli bilinən 22 yaşlı E.Səfərov və 30 yaşlı M.Rəhimov müəyyən olunaraq saxlanılıblar.
Rayon ərazisində daha bir oğurluq hadisəsi qeydə alınıb. Bir nəfərin çantasından 1100 manat pul vəsaiti oğurlamaqda şübhəli bilinən 27 yaşlı F.Əliyev də polis əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırmalar aparılır.