«Şamaxı» gənc oyunçuların «ov»unu sürətləndirib.
Yerli bazanı onların hesabına gücləndirmək istəyən «şirlər» bu dəfə «Qarabağ»a üz tutub.
Növbəti mövsüm Premyer Liqada qalmaq uğrunda mübarizə aparacaq «şirlər» birdən-birə 3 nəfəri sıralarına qatmaq fikrinə düşüb.
Əyalət təmsilçisi Amin Rzayev, Hikmət Cəbrayılzadə və Davud Məsimov icarəyə götürmək niyyəti ilə «köhloən atlar»ın qapısını döyüb.
«Şamaxı» ötən günlərdə 3 belə əməliyyat keçirib.
Emil Süleymanov ("Qəbələ", icarə), Oruc Məmmədov ("Səbail") və Həbib İsmayılov ("Neftçi") onlara qoşulub.
SPORTİNFO.AZ