AZ

"Neftçi" azarkeşlərinin yolunu gözlədiyi adam Bakıda - SON DƏQİQƏ

"Neftçi"nin növbəti transferi artıq Bakıdadır.

Söhbət "ağ qaralar"ın uzun müddətdir danışıq apardığı İmad Farajdan gedir.

Yaxın saatlarda bu transfer ictimaiyyətə elan olunacaq.

Bir neçə gün əvvəl onun "Neftçi" ilə anlaşmağa yaxın olması barədə məlumat vermişdik.

Xəbər klubun azarkeşləri tərəfdən böyük sevinclə qarşılanmışdı.

Bu da səbəbsiz deyil.

26 yaşlı sağ cinah yarımmüdafiəçisi kifayət qədər səviyyəli oyunçudur.

İmad son 4 mövsümdə Kipridə - AEK-də forma geyinib.

Bu müddətdə meydana çıxdığı 158 matçda 23 qol, 23 məhsuldar ötürmə ilə yadda qalıb.

Fransanın U-19-a qədər olan bütün aşağı yaş millisində çıxış etmiş futbolçu "Lill"in yetirməsidir.

O, qısa müddət Belçika və Portuqaliyada da forma geyinib.

XANOĞLAN / SPORTİNFO.AZ

Seçilən
13
50
sportinfo.az

10Mənbələr