İyulun 5-də Aşura günü münasibətilə Şirvan şəhər məscidində könüllü qanvermə aksiyası təşkil olunub.
Şirvan Şəhər İcra Hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, səhər saatlarından başlayan aksiyada həkim-hematoloqlar tərəfindən hər bir donorun sağlamlıq vəziyyəti əvvəlcədən yoxlanılıb, müvafiq tibbi müayinədən sonra onlardan qan götürülüb. Toplanan qan ehtiyatı yoxlanıldıqdan sonra talassemiya, hemofiliya və leykoz kimi xəstəliklərdən əziyyət çəkən şəxslər üçün istifadə olunacaq.
Qeyd edək ki, qanvermə aksiyasının birgünlük keçirilməsi nəzərdə tutulub.