AZ

Zəngəzur seçimi: Ermənistan Türk İttifaqına qoşulacaq, yoxsa oyundankənar qalacaq?

"Azərbaycan Mərkəzi Asiyada yüksəliş dövrünə daxil olması üçün prioritetləri formalaşdırır. Bu, Türk Dövlətləri Təşkilatının prioritetləri ilə uyğunlaşdırılan formuldur".

Musavat.com bildirir ki, bu barədə siyasi təhlilçi Aqşin Kərimov deyib.

O, qeyd edib ki, Mərkəzi Asiya ölkələrinin Cənubi Qafqazdakı təmsilçiliyi Azərbaycanın vasitəsilə reallaşdırlır:

"Bu mənada Azərbaycanla Mərkəzi Asiya arasındakı sıx əməkdaşlıq Ermənistanın da regiondakı mövqeyinə gələcəkdə təsir göstərəcək. Ermənistan ya özünü Türk Dövlətləri Təşkilatının strateji vizyonuna daxil edilmiş Zəngəzur dəhlizinin açılmasına razı salmalıdır, ya da geniş əməkdaşlıq bucağından kənarda qalmalıdır. Ona görə də yaranan imkanlar Ermənistanın izolyasiyadan çıxması üçün mühüm çağırış kimi şərh oluna bilər".

Aqşin Kərimov həmçinin bildirib ki, Azərbaycanın Mərkəzi Asiyadakı mövqelənməsi Türkiyə ilə strateji müttəfiqlik əlaqələrinin məntiqində baş tutur:

"Türkiyə yüksələn güc olduğundan onun Mərkəzi Asiyada Rusiya, Çin və Qərbin maraqları ilə üzləşməsi Azərbaycan üçün də çağırışlar yaradır. Cənubi Qafqaz və Mərkəzi Asiya – vahid geosiyasi qavrayış ideyalarını Çin, Rusiya və ABŞ-nin məntiqində təkmilləşdirir.

Ehtimalla Mərkəzi Asiya uzunmüddətli perspektivdə Çinin artan portfeli kontekstində fərqli əməkdaşlıq modellərinə hazırlanacaq,

Azərbaycanın Çinlə əməkdaşlıq modeli problem yaratmır, amma Bakı-Ankara müttəfiqliyinin Mərkəzi Asiyadakı  əməkdaşlığı Rusiya və ABŞ arasındakı rəqabət rejiminə təsir edir.

Gümanla Azərbaycanla Rusiya arasındakı gərginliyin notlarındakı dərin regional məzmun elə bununla əlaqədardır".

Xalidə Gəray

Musavat.com

Seçilən
0
50
musavat.com

10Mənbələr