
Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) Klubların Fəaliyyətinə Maliyyə Nəzarəti Komitəsinin (FCCB) birinci palatası İngiltərənin “Çelsi” klubunu maliyyə feyr-pley qaydalarını pozduğuna görə 31 milyon avro cərimələyib.
Yeniavaz.com xəbər verir ki, bu barədə palatanın mətbuat xidməti məlumat yayıb.
Bundan əlavə, klub 3 dövrə bölünəcək 60 milyon avro məbləğində şərti ümumi cərimə alıb: 2025, 2026 və 2027. Əgər klub bu hədəf göstəriciləri keçərsə, klub 20 milyon avro ödəməli olacaq.
UEFA palatası həmçinin İspaniyanın “Barselona” klubunu 15 milyon avro (şərti olaraq 45 milyon avro) cərimələyib.