Türkiyə və Yunanıstan arasında turizm sahəsində əməkdaşlığın gücləndirilməsi məqsədilə Ankarada 6-cı Birgə Turizm Komitəsinin iclası keçirilib.
Publika.az xəbər verir ki, iki ölkə arasında turizm əməkdaşlığının artırılmasına dair protokol imzalanıb.
Bildirilib ki, 2024-cü ildə Yunanıstana səfər edən Türkiyə vətəndaşlarının sayı təxminən 1,5 milyon olub.
2023-cü ildə Türkiyəyə 686 480 yunan turist gəlib. 2024-cü ildə bu göstərici artaraq 707 133 nəfərə çatıb.
Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Nadir Alpaslan bildirib ki, hazırda yalnız 10 Yunanıstan adasında tətbiq edilən sadələşdirilmiş viza rejimi daha geniş əhatəyə malik olarsa, bu, hər iki ölkə üçün əlavə turizm gəlirləri yaradacaq.