AZ

İkiqat Paralimpiya çempionunun yeni metodik vəsaiti işıq üzü gördü

Azərbaycan İdman Akademiyasının doktorantı, Yay Paralimpiya oyunlarının ikiqat qızıl, üçqat bürünc mükafatçısı İlham Əzizağa oğlu “Zəkiyevin TƏLİM – MƏŞQ TOPLANIŞLARININ TƏŞKİLİ” adlı metodik vəsaiti işıq üzü görüb.

NOCOMMENT.az xəbər verir ki, metodik vəsait Azərbaycan İdman Akademiyasının Tədris Metodiki Şurasının «29» may 2025-ci il tarixli iclasında (protokol № 9) müzakirə edilərək bəyənilmiş və nəşri məqsədəuyğun sayılmışdır.

Redaktor: D.Q.Quliyev
pedaqogika üzrə elmlər doktoru, professor.

Rəyçilər: H.K.Abdullayev
Azərbaycan Milli Paralimpiya Komitəsinin prezidenti.

Ş.H.Əbdürəhmanov
Azərbaycan İdman Akademiyasının
“Fərdi idman növləri kafedrası”nın professoru,
“Əməkdar məşqçi”, “Əməkdar müəllim”.

Q.M.Cəfərov
Azərbaycan İdman Akademiyasının
“Fiziki hazırlıq kafedrasının, departamenti”nin
professoru, “Əməkdar Bədən Tərbiyəsi və
İdman Xadimi”.

Zəkiyev İlham Əzizağa oğlu. “Təlim – məşq toplanışlarının təşkili”. Metodik vəsait. LH Group MMC, Bakı, 2025, 31 səh.

Vəsaitdə təlim-məşq toplanışlarının planlaşdırılması, toplanışın keçirilməsi üçün yerin seçilməsi, toplanış keçirmək barədə müvafiq təşkilatlarla razılığın rəsmiləşdirilməsi, toplanışın tədris planı, toplanlışların keçirilməsi üzrə məxaric cədvəli və əmr, idmançıların toplanışa çıxarılmasının rəsmiləşdirilməsi, toplanış iştirakçılarının qəbul edilməsi və yerləşdirilməsi, toplanış iştirakçılarının qidalanması, gündəlik nizam qaydaları, toplanış iştirakçılarının ümumi iclası, tərbiyəvi iş, tərbiyəvi və mədəni-kütləvi tədbirlər planı, toplanış iştirakçılarının həyat fəaliyyəti haqqında məlumatlarla təmin edilməsi, təlim-məşq toplanışlarının təsirliyini təmin edən əsas amillər, yoxlama məşqləri (hesabat), zədələnmə və bədbəxt hadisələrin qarşısını alan tədbirlər, toplanış yekunlarının təhlil edilməsi və əlavələr geniş şərh edilmişdir.

Vəsait Gənclər və İdman Nazirliyinin əməkdaşları, federasiyaların məşqçiləri, idmançıları, toplanış iştirakçılarını qəbul edən təşkilatların əməkdaşları və oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.

İSBN: 978-8020-2071-7-10

© İ.Ə.Zəkiyev 2025.

Seçilən
0
25
nocomment.az

10Mənbələr