Ukraynalı məşqçi Andrey Zaporozhan 3 illik diskvalifikasiya edilib.
Futbolpress.az xəbər verir ki, bu barədə Ukrayna Futbol Assosiasiyasının mətbuat xidməti məlumat yayıb. 42 yaşlı mütəxəssis “Leviy Bereq” klubunda çalışan zaman Premyer Liqada “Rux”la oyunda (0:1) hakimə rüşvət təklif edib. O, etik qaydaları pozduğu üçün bu cəzaya məruz qalıb.
“Leviy Bereq” başa çatan mövsümdə Premyer Liqada 14-cü sıranı tutub və liqanı tərk edib.