AZ

Ukraynadan Rusiyadakı hərbi hava limanına hücum

Ukraynadan Rusiyadakı hərbi hava limanına hücum

Ukrayna Xüsusi Təyinatlı Qüvvələri Rusiyanın Voronej vilayətində yerləşən hərbi hava limanına təşkil edilən hücum nəticəsində bomba anbarı və bir təlim təyyarəsinin vurulduğunu açıqlayıb.

Ukrayna-Rusiya müharibəsi atəşkəs danışıqlarında irəliləyiş əldə olunmamasından sonra yenidən şiddətlənib. Ukrayna Xüsusi Təyinatlı Qüvvələrinin yaydığı açıqlamada Rusiyanın Voronej bölgəsində yerləşən Borisoqlebsk hərbi hava limanının hədəf alındığı bildirilib. Hücum nəticəsində bomba anbarının və bir təlim təyyarəsinin məhv edildiyi qeyd olunub.

Digər təyyarələrin də vurulmuş ola biləcəyi ehtimalı irəli sürülən açıqlamada “Bu hava limanı düşmənin Su-34, Su-35S və Su-30SM tipli təyyarələrinin əsas bazasıdır” – ifadəsi yer alıb.

Voronej vilayətinin qubernatoru Aleksandr Qusev isə sosial şəbəkə hesabında paylaşdığı məlumatda gecə ərzində bölgə üzərində 25-dən çox pilotsuz uçuş aparatının (PUA) məhv edildiyini bildirib. Qusev bir elektrik xəttinin müvəqqəti olaraq zərər gördüyünü qeyd etsə də, hərbi hava limanı ilə bağlı heç bir məlumat paylaşmayıb.

Seçilən
3
11
afn.az

10Mənbələr