Türkiyə və Yunanıstan arasında turizm sahəsində əməkdaşlığın gücləndirilməsinə dair protokol imzalayıblar.
“İki sahil” “TRT Haber”ə istinadla xəbər verir ki, sənəd Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Nadir Alpaslan və Yunanıstanın turizm nazirinin müavini Anna Karamanlının sədrliyi ilə Ankarada keçirilən 6-cı Birgə Turizm Komitəsinin iclasından sonra imzalanıb.
Alpaslan, "Aqroturizm və dəniz turizmi kimi kənd həyatı ilə iç-içə təcrübələr kimi coğrafi üstünlüklərimizi önə çıxaran sahələrdə əməkdaşlıq yerli iqtisadiyyatlara töhfə verəcək və alternativ turizm tələblərini qarşılayacaq", - deyə N.Alpaslan bildirib.
Məhərrəm Ağalaroğlu, “İki sahil”