AZ

“Tərlan - 2025” təlimində iştirak edəcək Qazaxıstan hərbçiləri Azərbaycana gəlib

“Tərlan
Azərbaycan və Qazaxıstan Hərbi Hava Qüvvələri (HHQ) arasında keçiriləcək “Tərlan - 2025” birgə taktiki-uçuş təlimində iştirak etmək üçün Qazaxıstandan cəlb olunan heyət ölkəmizə gəlib. 1news.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
HHQ-nin "N" hərbi hissəsində hərbi qulluqçuların qarşılanma mərasimi keçirilib.

Qeyd edək ki, iyulun 8-dən 10-dək keçirilməsi planlaşdırılan ikitərəfli təlimin məqsədi hərbi qulluqçuların Pilotsuz Uçuş Aparatları (PUA) sahəsində peşəkarlığının artırılması və qarşılıqlı təcrübə mübadiləsidir.

Seçilən
0
23
1news.az

10Mənbələr