AZ

İran: ABŞ diplomatiyaya xəyanət etdi

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bekayi ABŞ-la danışıqlar prosesinin gələn həftə bərpa ediləcəyi ilə bağlı xəbərləri təsdiqləməyib.

Turkustan.az xəbər verir ki, Xarici İşlər Nazirliyinin sözçüsü Bekayi ölkə mediasında dərc olunan müsahibəsində İsrailin hücumları ilə dayandırılan danışıqlar prosesinin gələn həftə davam edəcəyinə dair ABŞ-dan verilən xəbərə münasibət bildirərkən deyib: "Hər şey nəzərdən keçirilir, amma məncə, hazırda ictimaiyyət o qədər qəzəblidir ki, heç kim danışıqlar və diplomatiyadan danışmağa belə cürət etmir".

ABŞ-la danışıqlar prosesində hücuma məruz qaldıqlarını və bunun "diplomatiyaya xəyanət" olduğunu deyən Bekayi danışıqlara qayıdışın mümkün olub-olmadığı sualına cavab olaraq, "Diplomatiya heç vaxt bitməz. Bu səbəbdən diplomatiyaya xəyanət dediyimizin təkrarını görmək istəmədiyimiz üçün gözləyək" dedi.

ABŞ mərkəzli Axios xəbər saytı Ağ Evə yaxın mənbələrə istinadən İran və ABŞ-ın gələn həftə Norveçin paytaxtı Osloda nüvə müzakirələrinə yenidən başlayacağını iddia edib.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
2
2
turkustan.az

10Mənbələr