AZ

Xarici borclanmaya getməyəcəyik - Suriya Mərkəzi Bankı

Bakı. Trend:

Suriya xarici borclanmaya getməyəcək, bunun üçün nə BeynəlxalqValyuta Fondundan, nə də Dünya Bankından borc alacaq.

Trend SANAxəbər agentliyinə istinadla bildirir ki, bunu Suriya MərkəziBankının sədri Əbdülqadir əl-Husriyyə deyib.

Bank sədri qeyd edib ki, Suriya lirəsinin məzənnəsi 30%yaxşılaşıb. Əlavə edib ki, lirənin məzənnəsi nə dollara, nə dəavroya bağlanacaq.

Əl-Husriyyə vurğulayıb ki, hökumət yüksək faizlərə və riskliinvestisiya təkliflərinə arxalanmadan istehsal və ixracataəsaslanan sağlam iqtisadiyyat qurmağa çalışır. O, həmçinin, qeydedib ki, artıq sərmayə mühiti sabit gəlir təmin etməyə imkan verir,çünki Suriya iqtisadiyyatı yetmiş ildən sonra ilk dəfə olaraq bütünsektorlarında tam fəaliyyətini bərpa mərhələsinə qədəm qoyub.

Sədr diqqətə çatdırıb ki, Suriyada banklardakı əmanətlərisığortalamaq üçün yeni qurum yaradılacaq. Xaricdə yaşayansuriyalılar üçün ipoteka kreditləri də təmin ediləcək. Mərkəzi Bankrəhbəri izah edib ki, Suriya artıq yeni bir maliyyə və bank açılımımərhələsinə qədəm qoyub və uzun illər təcriddə olan maliyyə sektorudirçəlməyə başlayıb. Belə ki, 2012-ci ildən bəri ilk dəfə olaraqbirbaşa və dolayı pul köçürmələri bərpa edilib və beynəlxalq“SWIFT” sisteminə çıxış yenidən təmin olunur.

Seçilən
0
13
az.trend.az

10Mənbələr