AZ

Laçın polisindən ƏMƏLİYYAT: 300-ə yaxın çətənə və silah-sursat aşkarlandı - VİDEO

Laçın Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Ağcabədi rayonunun Taxta Körpü qəsəbəsi ərazisində keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik tərkibli bitkilərin qanunsuz kultivasiyası ilə məşğul olan Şıxəli İsmayılov saxlanılıb.

Daxili İşlər Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, Ş.İsmayılovun yaşadığı ünvana baxış zamanı onun həyətyanı sahəsində aqrotexniki qaydada qulluq edilərək yetişdirilmiş 300-ə yaxın çətənə bitkisi aşkarlanıb. Həmçinin yardımçı tikililərdə qurudulmaq üçün asılmış 83 ədəd çətənə bitkisi, həşiş qətranı, marixuana və çətənə toxumları da aşkar olunub.

Əlavə olaraq, həmin ünvandan 1 ədəd avtomat, 1 ədəd tüfəng, 2 ədəd tapança, bu silahlara məxsus 8 ədəd daraq və 400 ədəd patron da götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə Şıxəli İsmayılov barəsində həbs qətimkan tədbiri seçilib.


Bizim.Media

Seçilən
0
50
bizim.media

10Mənbələr