AZ

Klublararası dünya çempionatı: Daha iki yarımfinalçı məlum olur

BAKI. 5 iyul. TELEQRAF

ABŞ-da təşkil olunan klublararası dünya çempionatında bu gün 1/4 final mərhələsinin son 2 oyunu keçiriləcək.

Teleqraf xəbər verir ki, bu dəfə qarşılaşmalar Almaniya təmsilçilərinin iştirakı ilə baş tutacaq.

Rəqiblər isə elə Avropa klubları olacaq.

"Bavariya" UEFA Çempionlar Liqasının son qalibi Fransa PSJ-si ilə qarşılaşacaq. Atlanta şəhərindəki "Mersedes Bents" stadionunda oynanılacaq görüşü ingiltərəli baş hakim Entoni Teylor idarə edəcək. Matçın start fiti Bakı vaxtı ilə saat 20:00-da çalınacaq.

Günün tamamında - saat 00:00-da isə "Borussiya Dortmund" və İspaniyanın "Real Madrid" komandaları arasındakı oyun başlanacaq. İst-Raterford şəhərindəki "Metlayf" stadionunda baş tutacaq qarşılaşmanı braziliyalı referi Ramon Abatti idarə edəcək.

Qeyd edək ki, bu görüşlərin qalibləri yarımfinalda bir-biriləri ilə üz-üzə gələcəklər. Digər yarımfinal matçı isə Braziliyanın "Fluminense" və İngiltərənin "Çelsi" komandaları arasında keçiriləcək.

Seçilən
11
28
teleqraf.com

10Mənbələr