AZ

"Fənərbağça" və "Beşiktaş" onun üçün yarışır

Türkiyənin “Fənərbağça” və “Beşiktaş” klubları “Milan”ın cinah hücumçusu Noa Okaforu transfer etməkdə maraqlıdır.

 

Sfera.az xəbər verir ki, bu barədə “La Gazzetta dello Sport” məlumat yayıb.

 

Mənbənin sözlərinə görə, hər iki İstanbul klubu 25 yaşlı isveçrəli futbolçunu icarəyə götürmək üçün “Milan” rəhbərliyinə müraciət edib. Lakin A seriyası təmsilçisi bu təklifi rədd edib və yalnız futbolçunun tam transferini nəzərdən keçirməyə hazırdır.

 

Tərəflər arasında danışıqlar davam edir. Okaforun “Milan”la müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir.

Seçilən
4
50
sfera.az

10Mənbələr