"Mançester Siti" sağ cinah müdafiəçisi Kayl Uokerin "Börnli" ilə müqavilə bağladığını açıqlayıb.
İdman.biz xəbər verir ki, daha əvvəl mətbuatda 35 yaşlı futbolçunun matçların 70 faizində iştirak etməsi və komandanın mövsümün sonunda İngiltərə Premyer Liqanı tərk etməyəcəyi halında bu transferin ümumi dəyərinin 5 milyon funt sterlinq olacağı barədə məlumat yayılmışdı.
2017-ci ildən "Mançester Siti"də çıxış edən Uoker ötən mövsümün ikinci yarısını icarə əsasında "Milan"da keçirib.
Qeyd edək ki, Uoker 2011-ci ildən çıxış etdiyi İngiltərə millisində 96 oyunda 1 qol vurub. O, AVRO-2020 və AVRO-2024-ün rəmzi yığmalarında yer alıb.
İdman.biz