AZ

CHP Hüquq Sistemini Zəiflətmək İstəyir - Ərdoğan

BAKI,TurkicWorld

CHP-nin birinci partiya olması kimi vəziyyət mümkün deyil, hal-hazırda Türkiyədə birinci partiya AK Partiyadır.

TurkicWorld xəbər verir ki, bu sözlər Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Əroğan, CHP-nin siyasətinin artıq qarşılıqsız olduğuna diqqət çəkərək, sosial mediada yaratdıqları yanlış təsəvvürlərin gerçəklərin möhkəm təməlləri ilə dağıdıldığını qeyd etdi.

“İnsanların şüurlarını müxtəlif təsəvvürlər və manipulyasiyalarla idarə edəcəklərini düşünürdülər, lakin xalqımız bu çirkin oyunu başa düşdü”- deyə Ərdoğan vurğulayıb.

Bundan başqa, Ərdoğan, CHP rəhbərliyinin ölkə siyasətinə töhfə vermək əvəzinə, küçə aksiyalarına bel bağladığını və hüquq sistemini zəiflətmə cəhdlərini tənqid edib.

O, vətəndaşların küçə aksiyalarının yalnız bölücülərə və çevrilişçilərə xidmət edəcəyini bildiklərini qeyd edərək, CHP rəhbərliyinə müstəqil məhkəmə qərarlarını gözləməyi təklif etdi.

"Gözləyin, səbirli olun. Hüquq orqanlarımız qərarını versin, gerçəklik mütləq ortaya çıxacaq"- deyə Türkiyə lideri bildirib.

Seçilən
0
11
turkic.world

10Mənbələr