NOCOMMENT.az Ajans.az-a istinadən xəbər verir ki, Fransanın mərkəzi hissəsindəki İndre departamentində tək mühərrikli təyyarə qəzaya uğrayıb. Bu barədə “Parisien” qəzeti xəbər verir.
Nəşrin məlumatına görə, Şato aerodromunda havaya qalxan zaman təyyarənin mühərriki sıradan çıxıb və uçuş-enmə zolağının sonunda qəzaya uğrayıb. 60 yaşlı pilot sağ qalmayıb; o, təyyarədə tək olub.
Bundan əvvəl “Marabu” aviaşirkətinə məxsus təyyarənin Madeyra hava limanına sərt eniş etdiyi bildirilirdi. O, uçuş-enmə zolağına düşdü. Bu an videoya çəkilib.