Belarus prezidenti Aleksandr Lukaşenko keçmiş SSRİ məkanında yerləşən bütün ölkələrin Rusiya və Belarus kimi dərin inteqrasiyaya maraqlı olmadığını bildirib.
Publika.az xəbər verir ki, bu barədə o, iyulun 5-də Moqilyov şəhərində Şərəf Muzeyinin açılış mərasimində çıxışı zamanı deyib.
Lukaşenko qeyd edib ki, sovet irsi və ortaq dəyərlər baxımından Rusiya və Belarus öz birliyini qoruyub və daha da gücləndirir:
“Biz bir zamanlar ortaq dəyərləri, ənənələri və mənəviyyatı olan böyük bir ölkə idik. Lakin SSRİ dağıldıqdan sonra hər kəs öz yolunu seçdi. Ancaq Belarus və Rusiya bu birliyi qorumağa və gücləndirməyə davam edir”.
Belarus lideri əlavə edib ki, hər iki ölkə keçmiş sovet respublikaları ilə iqtisadi inteqrasiyanı genişləndirməyə çalışır: