Nasir, şair, tərcüməçi, kinodramaturq, Əməkdar incəsənət xadimi Baba Vəziroğlu Demokrat.az-a İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşünün əhəmiyyətindən danışıb.
- Baba müəllim, zirvə görüşünün Xankəndidə keçirilməsi, Türkiyə, İran, Pakistan və digər dövlət rəhbərlərinin tədbirdə iştirakı nə qədər böyük əhəmiyyətə sahibdir?
- İşğaldan azad olunan Xankəndi şəhərində birdən-birə, sayca bu qədər çox dövlət başçılarının, hökumət rəhbərlərinin qəbul edilməsi misli görülməmiş hadisədir.
Cənab Ərdoğanın, Pakistan baş nazirinin, MDB ölkələrinin rəhbərlərinin tədbirdə iştirakı gözlənilən idi. İran prezidenti Pezeşkianın səfəri isə xüsusi bir hadisəyə çevrildi. Bizə düşmən olan ölkələr və media resursları Pezeşkianla bizi az qalsın düşmənə çevirmişdi. Pezeşkianın gəlişi o kəslərin "gölünə" daş atdı. Onlar susmasa da, bütün dünya gördü ki, Azərbaycanla İran arasında dostluqdan, mehriban qonşuluqdan başqa bir şey yoxdur. Bu hadisələr bizi sevindirdi. Pezeşkian İrana qayıtdıqdan sonra səfərdən çox məmnun qaldığını, görüşün əhəmiyyətli olduğunu təsdiqlədi.
- Xankəndi Azərbaycanın mədəniyyət mərkəzlərindən birinə çevrilə bilərmi?
- Düşünürəm ki, gələcəkdə Xankəndidə bundan da böyük tədbirlərin keçirilməsi nəzərdə tutulur. Otellərin, mədəni müəssisələrin, muzeylərin, konsert, konqres zallarının sayı artacaq. Xankəndi bütöv Qarabağın mədəniyyət mərkəzinə çevriləcək. Şuşa mədəniyyət paytaxtı, başımızın tacıdır. Xankəndi isə sözün əsl mənasında Qarabağın paytaxtına çevirilir. Bütün bu işlərin uğurla getməsi mədəni həyatımıza töhfələr verəcək.
- Xankəndidə olmusunuz? Oradan hansı hisslərlə ayrılmısınız?
- Dəfələrlə Xankəndidə olmuşam. Günün 24 saatı işlər getdiyinin, şəhərin gəncləşməsinin, separatçıların murdar iyinin şəhərdən çəkilməsinin şahidi olmuşam. Qarabağ Dövlət Universitetində olmuşam. Orada həyat qaynayır. Bilirəm ki, Xankəndində Yazıçılar Birliyinin, Kinomatoqrafçılar İttifaqının şöbələri yaradılacaq. İşləri yekunlaşdırıb Xankəndinə köçmək, orada yaşamaq istəyirəm. Çünki oranın mədəni həyatı Bakı, Gəncə, Sumqayıt ilə rəqabətə aparacaq səviyyəyə gəlir.
- Mədəniyyət sahəsində ölkəmizi tanıtmaq üçün hansı işlər görülməlidir?
- Hər bir ölkə dünyada özünün tarixi sərvəti ilə fərqlənə bilər. Ancaq dünyaya təqdim olunacaq ən böyük milli sərvət bizim mədəniyyətimizdir. Mədəniyyət uğrunda məmləkətimizdə böyük işlər gedir. Azərbaycanın ədəbiyyatının, musiqisinin, rəssamlığın, rəqsinin dünyaya bir daha, yeni formatda təqdim olunmasına böyük ehtiyac var. Bu baxımdan cənab Prezidentimizin rəhbərliyi altında Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin gördüyü işlər, yeni mədəniyyət nazirimiz Adil Kərimlinin müvafiq tapşırıqlara uyğun olaraq, həyata keçirdiyi işlər misilsizdir. Bu tədbir təkcə Azərbaycan siyasətini yox, qonaqpərvərlik mədəniyyətini bütün dünyaya nümayiş etdirdi.
Əfsanə Kamal
Demokrat.az
10Mənbələr
-
news24.azMoskvanın dəhliz planı pozuldu, Bakı üçün yeni fürsət – EKSKLUZİV ( 18979081)
-
newscenter.azRusiya niyə İran prezidentinin Xankəndi səfərindən narazı qalıb? ( 18984304)
-
sitat.infoƏrdoğandan Bakı Moskva gərginliyinə münasibət ( 18984199)
-
icma.azKamalə Kamal: Birgə fəaliyyətimiz gələcək böyük layihələrə vəsilə olacaq ( 18984193)
-
cebheinfo.azPKK ilə bağlı İLGİNC MƏLUMAT ( 18984013)
-
sia.azECO nun 17 ci Zirvə görüşü: Xankəndidən dünyaya sülh mesajı ( 18983854)
-
icma.azƏrdoğandan PKK açıqlaması: Diqqətlə izləyirik! ( 18983746)
-
demokrat.azXankəndidən dünyaya ünvanlanan mesaj: Ən mühüm rol Azərbaycana məxsusdur ( 18983572)
-
www.bakupost.azXankəndi Zirvəsinin şifrələri Sülh, inteqrasiya və güc nümayişi ( 18983434)
-
azpolitika.info“Zəngəzur dəhlizi ilə bağlı Bakının mövqeyi dəyişməyib İrəvan üçtərəfli komissiyanı tərk etməlidir” ( 18983137)