AZ

Yeni Xanqızı suvarma kanalında batan şəxsin meyiti tapılıb

3 iyul 2025-ci il tarixində Yeni Xanqızı suvarma kanalının Beyləqan şəhəri, Xocavənd qəsəbəsi ərazisindən keçən hissəsində 1 nəfərin batması barədə daxil olmuş məlumat əsasında FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən dərhal axtarışlara başlanılıb.

“İki sahil” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

Biuldirilib ki, axtarışlar nəticəsində kanalda batmış 2011-ci il təvəllüdlü Qasımlı Əkbər Nizami oğlunun meyiti bu gün suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Seçilən
1
50
ikisahil.az

10Mənbələr