AZ

Kürdə boğulan gənc 2-ci kurs tələbəsi imiş - FOTO

Sabirabadda Kür çayında batan 19 yaşlı gəncin meyiti tapılıb.

 Sabirabad rayonunun Ulacalı kənd sakini, 2006-cı il təvəllüdlü (19 yaş) Məmiyev Eldəniz Cabir oğlu Kür çayının kəndin ərazisindən keçən hissəsində çimərkən suda boğulub. Onun meyiti sudan çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.

Modern.az "unikal"a istinadən xəbər verir ki, Eldəniz Məmiyev Bakı Biznes Universitetinin tələbəsi idi.

O, maliyyə ixtisası üzrə təhsil alırdı. 2-ci kursu yenicə bitirmişdi.

 Faktla bağlı araşdırma aparılır.

Seçilən
15
28
modern.az

10Mənbələr