AZ

Mühərrikli qayıqlar toqquşdu - VİDEO

Fövqəladə Hallar Nazirliyinə Kür çayının Mingəçevir şəhərindən keçən hissəsində 2 ədəd mühərrikli qayığın toqquşması barədə məlumat daxil olub.

 

FHN-in Mətbuat xidmətindən bildirilib ki, məlumatla əlaqədar FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub və qayıqların vətəndaşlarla birgə sahilə çıxarılması təmin edilib.

 

Qəza nəticəsində su nəqliyyat vasitələrində olan 5 nəfər vətəndaş yüngül xəsarət alıb.

 

Hadisə ilə bağlı araşdırma aparılır.

Tarix: 5 İyul 2025, 18:25   
Seçilən
4
50
pravda.az

10Mənbələr