AZ

Özdemir Tokel: Təzyiqlərə baxmayaraq bayrağımız Xankəndidə qürurla dalğalandı

BAKI, 5 iyul. TELEQRAF

"Azərbaycanın işğaldan azad olunmuş Xankəndi şəhərində keçirilən 17-ci İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə Toplantısı, bizim üçün təkcə iqtisadi forum deyil, bir xalqın bölgədə və tarix səhnəsində varlığını dünyaya yenidən elan etməsi idi".

Bunu Teleqraf-a açıqlamasında Şimali Kipr Türk Cümhuriyyətinin Baş nazirinin baş məsləhətçisi, Bayraq Radio Televiziya Qurumunun (BRT) rəhbəri Özdəmir Tokel deyib.

"Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşündə iştirak edən dövlət və hökumət başçıları arasında idi. Və bu zirvədə, bütün təzyiqlərə, şantajlara baxmayaraq, Şimali Kipr Türk Cümhuriyyətinin bayrağı Azərbaycan, Türkiyə, Pakistan, İran, Özbəkistan, Qazaxıstan, Türkmənistan, Tacikistan və digər ölkələrin bayraqları ilə yanaşı qürurla dalğalandı. Prezidentimiz masada xalqı adından çıxış etdi. Bu bizim üçün qürurverici idi. Bu torpaqlarda Şimali Kipr Türk Cümhuriyyəti yarana bilməz deyilən bütün qüvvələrə qalib gəldik. Bu gün də “Şimali Kipr Türk Cümhuriyyəti heç vaxt dünyada layiq olduğu şərəfli yeri ala bilməz…” deyənlər və buna mane olmağa çalışanlar da var. Amma mən inanıram ki, o gün gələcək. Çünki məsələ iradədir. Və bu iradə də özünü Xankəndidə göstərdi. Bu gün müşahidəçi statusu ilə əyləşilən masalarda, sabah daimi üzvlüklər və bərabər ortaq mövqelər bizi gözləyir. Şimali Kipr Türk Cümhuriyyəti yalnız Türk dünyasında deyil, dünya səhnəsində də layiq olduğu şərəfli yerini alacaq",-deyə Ö.Tokel deyib.

Seçilən
3
7
teleqraf.com

10Mənbələr