AZ

AFFA-dan yerli məşqçilərlə bağlı təqdirəlayiq QƏRAR!

Azərbaycan U-16 millisinin baş məşqçisi Aqil Nəbiyev yeni mövsümdən həm də Birinci Liqa təmsilçisi "Şimal"ı çalışdıracaq.

Aşağı yaş millilərin baş məşqçilərinin ikinci işdə də çalışması artıq ənənəyə çevrilir.

Daha əvvəl isə U-19 yığmamızın baş məşqçisi İlham Yadullayevin digər Birinci Liqa klubu MOİK-də çalışacağını xəbər vermişdik.

Bu cür yanaşmanın təməli isə Ayxan Abbasovla qoyulub.

Təcrübəli mütəxəssis U-21 millisi ilə bərabər həm də "Şamaxı"nın sükanı arxasındadır.

Halbuki Abbasova kimi AFFA rəhbərliyi ikinci işdə çalışmağa qarşı idi.

Adətən federasiyanı atdığı addımlara, verdiyi qərarlara görə tənqid edirik.

Amma bu dəfə verilən yeni qərar təqdirəlayiqdir.

Ki, milli məşqçiləri 2-3 aydan bir millidə olmaqla aktiv fəaliyyətdən uzaq olurdular.

İndiki halda isə onlara davamlı olaraq iş başına yer alacaqlar.

Oyunları, futbolçuları daha yaxından izləmək fürsəti yaranacaq.

Ən azı 3-4 yetirməsi davamlı olaraq klubda da yanında olacaq.

Bu da millidə bir araya gələndə ancaq müsbət effekt verə bilər.

XANOĞLAN / SPORTİNFO.AZ

Seçilən
1
50
sportinfo.az

10Mənbələr