"Çelsi" Dortmund "Borussiya"sının futbolçusu Ceymi Gittensin heyətinə qatıb.
Sitat.info xəbər verir ki, bu barədə İngiltərə klubunun rəsmi saytı məlumat yayıb.
20 yaşlı ingerlə 2032-ci ilin yayına qədər müqavilə imzalanıb. "Transfermarkt" portalının məlumatına görə, keçidin məbləği 64,3 milyon avro təşkil edir.
Qeyd edək ki, Ceymi Gittens "Mançester Siti"nin yetirməsidir. O, 2020-ci ilin sentyabrında Dortmund "Borussiya"sının gənclər komandasına qoşulub. 2022-ci ildən isə əsas komandanın heyətində çıxış edirdi.
2024/2025 mövsümündə Gittens klub səviyyəsində bütün turnirlərdə 49 oyuna çıxıb, 12 qol vurub və 5 məhsuldar ötürmə verib.
Sitat.info