AZ

"Qəbələ"dən növbəti transfer - RƏSMİ

Yeni mövsümün transfer çalışmalarını davam etdirən “Qəbələ” heyətinə daha bir futbolçu qatıb.

Bizim.Media klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, anqolalı sağ vinger Paulo Quimbila “qırmızı-qaralar”ın uğurları üçün çalışacaq.

19 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalanıb. Paulonun son klubu Bəhreyn təmsilçisi “Əl-Əhli” olub.

Qeyd edək ki, “Qəbələ” bunadək Prins Ovusu və İsaak Amoahı heyətinə qatıb.

Bizim.Media

Seçilən
12
9
bizim.media

10Mənbələr